Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Güneylilər Almaniyada aksiyaya başladı

Almaniyanın paytaxtı Berlində 22 may (1 Xordad) hadisələrinin ildönümü ilə əlaqədar etiraz aksiyası başlayıb.

Boyukmillet.com xəbər verir ki, “Unter Der Linden” meydanında toplaşan etirazçılar əllərində müxtəlif şüarlar, Azərbaycan və Güney Azərbaycanın bayraqlarını tutublar.

Onlar “Azadlıq, Ədalət, Milli Hökumət” şüarını səsləndirilər.

Bir qədər sonra aksiyada çıxışlar olacaq.

Xatırladaq ki, 2006-cı il mayın 12-də İran hakimiyyəti “İran” rəsmi qəzetində 35 milyondan çox Azərbaycan türkünü həşərat kimi təsvir edən təhqiramiz karikatura çap edib. Bu hadisə Güney Azərbaycanda kəskin etirazla qarşılanıb və azərbaycanlılar yaşadıqları şəhər və qəsəbələrdə etiraz aksiyalarına başlayıblar.

Təhlükəsizlik qüvvələri Tehran, Zəncan, Təbriz, Urmiya, Ərdəbil, Əhər, Həmədan, Kəleybər, Muğan, Miyanə, Marağa, Xoy, Salmas, Xiyav, Qoşaçay, Sulduz və Mərənd şəhərlərində təşkil edilən nümayişlərə müdaxilə edib. Rəsmi məlumatlara görə, dinc aksiyaçılara atəş açılması nəticəsində az 30 nəfər öldürülüb, yüzlərlə insan yaralanıb.

Güney azərbaycanlı fəallar isə bildirirlər ki, hadisələr zamanı 5 mindən artıq etirazçı həbs edilərək, işgəncəyə məruz qalıb, 200 nəfərə yaxın şəxs öldürülüb və ya itkin düşüb.

Hər il, azərbaycanlılar və xüsusilə də Güney Azərbaycan fəalları dünyanın hər yerində, bu tarixi gündə – 1 Xordad hadisələri zamanı həlak olanların xatirəsi yad edirlər.

Check Also

Güneyli milli fəal həbs edilib – FOTO

Bu gün səhər saatlarında səkkizə yaxın mülki geyimli hökumət muzdlusu Güney Azərbaycan Milli Hərəkatının fəalı …