Şənbə , 18 Yanvar 2025
Drone Cameras

Gürcüstan 2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır

“2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlük məsələsini gündəmə gətirməməyə qərar verdik”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Gürcü Arzusu” partiyasının ofisində keçirdiyi brifinqdə bildirib.

İ.Kobaxidze qeyd edib ki, Avropa İttifaqına üzvlük müzakirələrinin başlanması ölkəni təhdid etmək üçün alət kimi istifadə olunur, necə ki, əvvəllər eyni şey namizədlik statusu məsələsində baş vermişdi.

Baş nazir, həmçinin Avropa Parlamentini Gürcüstanla bağlı qətnaməsinə görə tənqid edib.

Qeyd edək ki, Avropa Parlamenti bu gün Gürcüstanla bağlı qətnamə qəbul edib. Bildirilib ki, qətnamə 444 “lehinə”, 72 “əleyhinə” və 82 “bitərəf” səslə qəbul edilib.

Avropa Parlamenti Gürcüstanda keçirilən parlament seçkilərini tənqid edərək təkrar səsvermənin keçirilməsinə çağırıb.

Bundan başqa, Avropa Parlamenti demokratiya standartlarına əməl olunmayacağı təqdirdə Avropa İttifaqını Gürcüstan vətəndaşları üçün vizasız rejimi yenidən nəzərdən keçirməyə çağırıb.

Check Also

Blinken brifinqdə ona etiraz edən iki jurnalisti zorla zaldan çıxartdırıb

ABŞ Dövlət katibi Antoni Blinken Dövlət Departamentində səlahiyyət müddətinin başa çatması ilə bağlə keçirdiyi sonuncu …