Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Gürcüstan Azərbaycandan təbii qaz idxalını azaldıb

Bu ilin yanvar-iyun aylarında Gürcüstan Azərbaycandan 107,6 milyon ABŞ dolları dəyərində 740,1 min kubmetr təbii qaz tədarük edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.

Məlumata əsasən, ötən ilin eyni dövrünə nisbətdə həcm 21 % azalıb.

İlin I yarısında qonşu ölkə Azərbaycandan 48,5 milyon ABŞ dollarlıq 96,6 min ton neft və neft yağları idxal edib. İllik müqayisədə məhsulun həcmi 8 % artıb.

Check Also

İşğaldan azad edilmiş ərazilərdə məişət abonentləri üçün elektrik şəbəkəsinə qoşulmaq pulsuz olub

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məişət abonentləri üçün elektrik şəbəkəsinə qoşulmaq pulsuz olub. Boyukmillet.com xəbər verir …