Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Gürcüstan azərbaycanlıları “Gürcü Arzusu”nu dəstəkləyib

Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları bölgələrini əhatə edən Marneuli-Qardabani və Bolnisi-Dmanisi-Tetritskaro-Tsalka seçki dairələri üzrə majoritar namizədlərin ilkin səs faizləri açıqlanıb.

Boyukmillet.com xəbər verir ki, hər iki dairədə Gürcü Arzusu Partiyasının deputatlığa namizədləri 60 %-ə yaxın səs əldə ediblər.

Marneuli-Qardabani dairəsi üzrə namizəd Zaur Darğallının səs göstəricisi 57,87 %, Bolnisi-Dmanisi-Tetritskaro-Tsalka dairəsi üzrə namizəd Qogi Meşvelianinin səs göstəricisi isə 55,85 % təşkil edir.

Marneuli-Qardabani üzrə müxalifətin namizədləri – Vahid Milli Hərəkat Partiyasından Azər Süleymanov 31,62 %, Bolnisi-Dmanisi-Tetritskaro-Tsalka dairəsi üzrə “Vahid Milli Hərəkat – Birləşmiş Müxalifət” seçki blokundan Kaxaber Okriaşvili isə 39,6 % səs qazanıb.

Azərbaycanlıların sıx məskunlaşdığı Kaxeti bölgəsində də iki seçki dairəsi üzrə “Gürcü Arzusu”nun namizədləri David Sonqulaşvili (53,8 %) və İrakli Kadaqişvili (47,16 %) səs çoxluğu əldə ediblər.

Qeyd edək ki, majoritar dairələr üzrə 3 847 seçki məntəqəsinin 1 538-də səslərin hesablanması prosesi yekunlaşıb.

Check Also

“Veysəloğlu”nun “Araz” marketləri müştəriləri belə aldadır – VİDEO

“Veysəloğlu” şirkətlər qrupuna daxil olan “Araz supermarketlər şəbəkəsi” yenə istehlakçıları aldatmağa davam edir. Boyukmillet.com “Azərbaycan …