Cümə , 22 Noyabr 2024
Drone Cameras

Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi: “Ermənilər Qarabağda təkcə vandallıqla məşğul olmayıblar”

“Ermənilər Azərbaycan torpaqlarını işğal etdikləri dövrdə təkcə vandallıqla məşğul olmayıblar. Onlar Azərbaycan xalqının hisslərinə toxunmaq niyyəti ilə qəbirləri belə dağıdıblar”.

Bunu “Report”un Qarabağ bürosuna açıqlamasında Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) şeyxi Hacı Ramin İgidov Ağdama səfəri zamanı deyib.

“Biz Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə buradayıq. Azərbaycanda səfərdə olduğumuz müddətdə çox şükürlər olsun ki, işğaldan azad olunan ərazilərə də gəldik. Burada olan torpaqlarımızı görmək bizə də nəsib oldu. Təbii ki, Qarabağ deyəndə ağlımıza ilk olaraq füsunkar təbiət, gözəlliklər gəlirdi. Amma biz bura gəldiyimiz zaman ilkin olaraq xoşagəlməz, ürəkyandıran bir mənzərənin şahidi olduq.

Ermənilər gözəl tarixi məkanları, abidələri viran qoyublar. Ümid edirəm ki, binaların hamısı zaman keçdikcə bərpa olunacaq. Allah şəhidlərimizə rəhmət eləsin. Biz şəhidlərimizi rəhmətlə anırıq. Təkcə Gürcüstanda yaşayan azərbaycanlılar deyil, bütün dünyada yaşayan azərbaycanlıların hamısı Vətən müharibəsi zamanı Azərbaycan Ordusuna dualar oxuyurdu. Şəhid xəbərləri gəldikcə çox üzülürdüm. Amma torpaqlarımız alındıqda sevinc və qürur hissi keçirirdik. Allah arzusunda olan hər kəsə nəsib eləsin k, gəlib bu yerləri görsün. Burada gördüklərimizi media vasitəsilə xəbər tuturduq. Lakin insanın özünün görməsi tam başqa bir hisslər yaradır.

Ağdamda nəinki tarixi məkanlara, binalara, hətta insanların məzarlarına belə hörmətsizlik olunduğunun şahidi oluruq. Bu da onu göstərir ki, ermənilər Azərbaycan xalqına təkcə düşmənçilik etməyiblər. Onlar bu xalqın hisslərinə toxunaraq alçaltmağa çalışıblar. Biz də bu gördüklərimizi, elə gördüyümüz kimi, bütün dünyaya çatdırmağı özümüzə borc bilirik”, – o vurğulayıb.

Check Also

Gürcüstandan olan səyahətçilərin ikinci qrupu Qarabağa gəlib

Gürcüstandan olan səyahətçilərin ikinci qrupu Qarabağa gəlib. Boyukmillet.com xəbər verir ki, turistlər işğaldan azad edilmiş …