Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Gürcüstanda bələdiyyə seçkiləri BAŞA ÇATDI – Kaladze liderdir

Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilərdə səsvermə məntəqələri yerli vaxtla saat 20:00-da  (Bakı vaxtı ilə eynidir) bağlanıb.

Boyukmillet.com xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının saat 17:00-a olan məlumatına görə, seçici fəallığı 33,5% təşkil edib.

Gürcülər Tiflis də daxil olmaqla, ölkənin 64 bələdiyyəsində meri və qanunverici orqanların üzvlərini seçiblər.

Hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının Tiflis merliyinə namizədi Kaxa Kaladze bələdiyyə seçkilərində 77,4% səs toplayıb. “Gorbi” şirkətinin exit-poll məlumatlarını Gürcüstanın “İmedi” telekanalı dərc edib. “Güclü Gürcüstan” və “Gürcüstan üçün Qaxariya” müxalifət partiyalarının namizədi İrakli Kupradze 8,8% səslə ikinci olub. İlk üçlüyü 6,7% səslə “Girçi” libertar partiyasının namizədi Yaqo Xviçia tamamlayıb.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …