Çərşənbə , 8 May 2024
Drone Cameras

Gürcüstanda Ümummilli lider Heydər Əliyevin heykəlinə erməni təxribatı – FOTO + VİDEO

Təxribatçılar tərəfindən heykəlin üzərinə “Qarabağ Ermənistandır və nöqtə” yazıldı…
Gürcüstanın paytaxtı Tiflisdə mərhum prezident Heydər Əliyevin heykəli üzərinə dörd müxtəlif dildə “Qarabağ Ermənistandır və nöqtə” sözü yazılıb.
Moderator.az erməni mənbələrinə istinadən xəbər verir ki, heykəlin üzərində Azərbaycan prezidenti İlham Əliyevə xitabən “Oğlum, Qarabağ Ermənistandır, vəssalam” sözləri yazılıb. Erməni mənbələrində həmin hadisə ilə bağlı video da yer alıb. Həmin videonu sizlərə təqdim edirik. 
P.S. Erməni saytlarında yer alan bu informasiyanın nə qədər səhih olduğunu deyə bilmərik. Lakin əlimizdəki foto və video istənilən halda bu informasiyanın araşdırılmasını tələb edir. Əgər erməni saytlarında yer alan bu informasiya həqiqətdirsə, o zaman bu təxribatı həyata keçirən qüvvələrin müəyyənləşdirilərək layiqli cavab verilməsi bizim üçün hər şeydən öncə şərəf işi olmalıdır. 
https://www.facebook.com/gor.sargsyan.96/videos/2154483014657039

Check Also

Anar Məmmədli haqqında həbs qərarı verildi

Hüquq müdafiəçisi ittihamı absurd adlandırıb Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri, insan hüquqları …