Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Gürcüstanın Azərbaycana borcu azalıb

Bu il yanvarın 1-nə Gürcüstanın Azərbaycana birbaşa borcu 5 491 milyon ABŞ dolları təşkil edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin hesabatında bildirilib.

Məlumata görə, ötən il dekabrlın 1- ilə müqayisədə qonşu ölkənin Azərbaycana borcu 194 min dollar azalıb.

Gürcüstanın hazırkı xarici dövlət borcu 7,5 milyard dollar səviyyəsindədir ki, bunun da 7,1 milyard dolları hökumətin payına düşür.

Ötən ay qonşu ölkənin Türkiyə, Rusiya və Ermənistana da birbaşa borcu azalaraq müvafiq olaraq 322 min dollar, 2 680 min dollar və 469 min dollar azalaraq 10 637 milyon dollar, 40 454 milyon dollar və 5 485 milyon dollar olub.

Check Also

Problemli kreditlərin 78 faizi Bakının payına düşür: regionların mənzərəsi

2026-cı ilin ilk ayında ölkə iqtisadiyyatına kredit qoyuluşlarında azalma müşahidə olunub. Azərbaycan Mərkəzi Bankının məlumatına …