Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Həbsdəki jurnalist xanımlar aclığı dayandırıb

Həbsxanada aclıq aksiyası keçirən “Abzas Media”nın  baş redaktoru Sevinc Vaqifqızı, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova aclıq aksiyasını dayandırıb .

Boyukmillet.com xəbər verir ki, bu barədə Sevinc Vaqifqızının ailəsindən bildirilib.

Məlumata görə, jurnalist xanımlar bu addımı atarkən valideynlərinin və dostlarının israrlı xahişlərini nəzərə alıb.

Hər üç jurnalist 10 gündür ki, bu aksiyaya başlamışdı.

Check Also

Salyanda 9 kiloqram narkotik satmaq istəyən şəxslər həbs olunub

Salyanda narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilinən əvvəllər məhkum olunan Müşfiq Hüseynov və Anar Əsgərov həbs …