Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

Hərbi prokuror: “Ermənistan silahlı qüvvələrinin cinayətləri ilə bağlı istintaq davam etdirilir”

Ermənistan silahlı qüvvələrinin xalqımıza qarşı cinayətləri ilə bağlı istintaq davam etdirilir.

Boyukmillet.com xəbər verir ki, bu barədə Baş prokurorun müavini – Azərbaycanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev rəsmi mətbuatda dərc edilmiş məqaləsində bildirib.

“Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən xalqımıza qarşı törədilmiş sülh və insanlıq əleyhinə olan, müharibə, terrorçuluq, qəsdən adam öldürmə və digər cinayət faktları ilə bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq olunan cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Onu da qeyd etmək lazımdır ki, 9 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda “Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlər və onların ağır nəticələri” mövzusunda elmi-praktiki konfrans da keçirilib”, – X.Vəliyev qeyd edib.

Check Also

Azərbaycanın hərbi arsenalına və mülki infrastrukturuna vurulmuş maddi ziyanın məbləği elan edilib

Birinci Qarabağ müharibəsi və sonrakı dövrlərdə, habelə İkinci Qarabağ müharibəsi dövründə mülki infrastruktura ümumilikdə 5,2 …