Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Hərbi Prokurorluq sosial şəbəkələrdə erməni hərbçilərlə bağlı yayılan görüntüləri araşdırır

Hərbi Prokurorluq bəzi sosial media səhifələrində Azərbaycan hərbi qulluqçuları tərəfindən erməni silahlı birləşmələrinin üzvlərinə qarşı qanunsuz əməllərə yol verilməklə saxlanılmış təxribatçıların atəşə tutulması iddia olunduğu görüntülərlə bağlı araşdırma aparır.

Boyukmillet.com xəbər verir ki, Hərbi Prokurorluq tərəfindən bu kateqoriyadan olan videolar üzrə onların həqiqi olub-olmaması, habelə videolardakı görüntülərin çəkildiyi zaman və məkan, onlarda əks olunan hərbi qulluqçuların şəxsiyyəti, eləcə də obyektiv həqiqətin müəyyən edilməsi üçün əhəmiyyət kəsb edən digər bütün hallar tam və hərtərəfli araşdırılır.

Araşdırmanın nəticəsində qanunla nəzərdə tutulmuş tədbirlər görüləcək.

Check Also

Silah satışı, idxalı və ixracına dair əlavə şərtlər müəyyənləşib

Silah satışı, idxalı və ixracına dair əlavə şərtlər müəyyənləşib. Boyukmillet.com -un xəbərinə görə, Nazirlər Kabineti bununla …