Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Həşim Səhrablı yazır: Tarixi həqiqət: Liderlər olduğu kimi qalır..

Elçibəy fenomeni Azərbaycan tarixinin ən yüksək kulminasiya nöqtələrindən biridir. Dərin izlər buraxmışdır. Ən əsası isə, bu izlər Azərbaycan tarixi üçün müstəsna, irticaçı və imperialist maraqlar üçün arzuolunmaz nöqtədə dayanır. Necə ki, Rəsulzadəni, Cümhuriyyət dövrünün digər liderlərini, ondan əvvəlki Azərbaycan tarixi qəhrəmanları və liderlərini dünyanın ən yaxşı təbliğat maşınlarından olan Sovet terrorizmi umutdura bilmədi, Elçibəy də həmçinin, unudulmaz lider olaraq Azərbaycan tarixində qalacaq.Məni qayğılandıran, Elçibəy kimi qoltuq sevdalısı olmayan, Vətəni, xalqı üçün meydanlarda Sovet terroru ilə üz-üzə qalan, qalib gələn bir azadlıq hərəkatı liderinə qarşı mərkli davrananlardır.

Qəsdən ölkədə milli birliyi qırmaq üçün Elçibəy fenomeni istifadə edilir.Məsələn, bir neçə ildir Elçibəyi milli lider olaraq qəbul edən şəxslərlə digər iqtidarları müzakirə zamanı, onların da Azərbaycanın liderləri olduqlarını, qoltuqda kimin olmasından asılı olmadan ölkəmiz və tariximiz üçün liderlərimizi eyniliklə qəbul edib sahiblənməyi söyləyirik. Nəticə də olur. Ancaq gəl gör ki, ölkədə müəyyən təbliğat maşınları, media quruluşları israrla Elçibəyi hədəfə alaraq, illərlə əldə edilmiş nəticəni sıfır edir.

“Bunlar Azərbaycanı sevən olsalar, yaltaqlıq etməz, vəzifə tutmaq üçün azadlıq hərəkatı liderinə bu münasibəti bəsləməzlər” deyə fikirlər önə çıxır. Bu və dünən Elçibəyin Türkiyədə yüksək səviyyədə, Azərbaycanda çox zəif səviyyədə anılması kimi faktorlar milli birliyə atılan bütün addımları qırır.Bəs, kimdir qəsdli formada belə meqativ hallara yaşıl işıq yandıran? Bu şəxslərin mədhiyyə yazmasına aldanmayın, iqtidarın da, bütöv Azərbaycanın da ən böyük düşmənləri məhz onlardır. Planlı və qəsdli şəkildə sosial bazanı parçalayırlar.

Sağlam sosial baza isə, hər vacib məsələdə ilk önəmli faktordur. Bu sualın cavabı tapılmalıdır. Anım mərasimi keçiriləcəksə, bütün liderlərimiz üçün olmalıdır və bu televiziyalarımızda da yansımalıdır.

Həşim Səhrablı

Check Also

Qəsdən dərsi zəif keçirlər ki uşaqlar kənarda hazırlığa getsinlər

Hara baxırsan rüşvət, yalan, əliəyrilik. Millət vəkilindən tutmuş ən kiçik məmura kimi belədir.Seçicini yağlı vədlərlə …