Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

“Hər icra başçısı özünü qanun kimi aparır”

Etibar Məmmədov: “Xanlıqlar dövründə də vəziyyət eyniylə belə idi”

“Bu gün hər icra başçısı özünü qanun kimi aparır”.
 
Boyukmillet.com xəbər verir ki, bunu AZDP sədri Sülhəddin Əkbərin “Qanun” nəşriyyatında reallaşan kitab təqdimatında iştirak edən AMİP lideri Etibar Məmmədov bildirib. E.Məmmədov eyniylə xanlıqlar dövründə də oxşar vəziyyətin hökm sürdüyünə diqqət çəkib:
 
“Azərbaycanda xanlıqlar dövrü və həmin dövrdə baş verənlərlə bağlı bu gün də tarixçilər arasında birmənalı yanaşma yoxdur. Lakin bu bir gerçəkdir ki, həmin dövr hər-mərclik dövrü olub. Xanlar özlərini qanun kimi aparıb, özlərini qanunun yerinə qoyublar. Hansı ki, bu gün də icra başçıları özlərini o dövrün xanları kimi aparırlar”.

Check Also

Donald Tramp: İranın bərpası üçün ən azı 10 il tələb olunacaq

ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatı qrafikdən iki həftə irəli olmaqla davam etdirilir. Boyukmillet.com …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir