Çərşənbə axşamı , 6 May 2025
Drone Cameras

Haitidə şiddətli qasırğa nəticəsində ölənlərin sayı 339-a çatıb – YENİLƏNİB

Haitidə “Metyu” qasırğası nəticəsində ölənlərin sayı 339 nəfərə yüksəlib.

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə yerli hakimiyyət orqanları bildiriblər. 

“Metyu” 2007-ci ildən bəri Atlantik okeanındakı ən şiddətli qasırğa sayılır. Qasırğa ABŞ-ın Florida, Corciya, Şimali və Cənubi Karolina ştatlarına yaxınlaşır. Artıq ABŞ prezidenti Florida və Cənubi Karolinada fövqəladə vəziyyət elan edib.

 

***

 

Saat: 05.20

 Haitinin Cənub departamentində  “Metyu” qasırğası qurbanlarının sayı 283 nəfərə çatıb.    

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Radio Television Caraibes”in məlumatında deyilir.

Məlumata görə, ən çox ölüm halları – 90 hadisə Şantal kommunasında qeydə alınıb, Lez Anqle kommunasında isə 85 nəfər təbii fəlakətin qurbanı olub. Qasırğa 35 minədək insanı evsiz qoyub. Axtarış-xilasetmə işləri davam etdirilir.  

Güclü qasırğa Jeremi şəhərini yerlə yeksan edib – yaşayış məntəqəsində tikililərin 80 faizi tamamilə uçub.   

“Metyu” qasırğasının səhər saatlarında ABŞ-ın Florida, daha sonra isə Corciya, Şimali və Cənubi Karolina ştatlarına çatacağı bildirilir.

ABŞ prezidenti artıq Şimali və Cənubi Karolina ştatlarında fövqəladə vəziyyət rejimi elan edib.  

Check Also

Türkiyə səfiri Mətbuat Şurasında olub

Türkiyənin Azərbaycandakı föqəladə və səlahiyyətli səfiri Birol Akgün Mətbuat Şurasında olub. Boyukmillet.com xəbər verir ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir