Cümə axşamı , 24 İyun 2021
Home » Dünya » Temperaturun yüksək olması meteohəssas insanlarda narahatlıq yarada bilər

Temperaturun yüksək olması meteohəssas insanlarda narahatlıq yarada bilər

Bakı və Abşeron yarımadasında oktyabrın 8-dəhava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə yarımadada 15-18° isti, gündüz 23-28° isti, Bakıda gecə  15-17° isti, gündüz 26-28° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 65-75 %, gündüz 50-55 % təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 8-9-da Abşeron yarımadasında sabit hava şəraiti müsbət amil olsa da, iqlim normasından bir qədər yüksək temperatur rejimi və dayanıqlı hava meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 12-17° isti, gündüz 23-28° isti, dağlarda gecə 6-11° isti, gündüz 17-22° isti olacağı gözlənilir.

Check Also

Samir Adıgözəlli: “Bütün bunların fonunda iki ölkə arasında sülh razılaşması da imzalana bilər”

Rəsmi Bakı Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərinə münasibət bildirib. Bu barədə Azərbaycanın xarici işlər naziri …