Cümə , 27 Mart 2026
Drone Cameras

Hakan Fidan Azərbaycana səfərə gəlib

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfərə gəlib.

Boyukmillet.com xəbər verir ki, o, Qoşulmama Hərəkatının Koordinasiya Şurasının Nazirlər toplantısında iştirak edir.

H.Fidan həmçinin toplantı çərçivəsində keçiriləcək Qoşulmama Hərəkatının Fələstin Nazirlər Komitəsinin iclasına və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçiriləcək tədbirə qatılacaq.

Qeyd edək ki, H.Fidan bu il iyunun 5-də Türkiyənin xarici işlər naziri təyin olunub.

Check Also

AQC rəhbərliyi Latviya səfirliyində oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasının …