Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

“Hamamda ərə gedərlər, “TikTok”da yox?” – Efirdə mübahisə düşdü

“TikTok-la ərə gedərlər? Onunla ailə qurarlar?”

Bu sözləri Əməkdar artist Mehriban Xanlarova “Bizimləsən” verilişində deyib. Aktrisanın bu sözləri studiyada etirazlara səbəb olub.

Aparıcı Zaur Baxşəliyev “Niyə getmirlər? Müasir dünyadır. 50 il bundan əvvəl gedib hamamda qız bəyənirdilər. Hamamda ərə gedərlər? İnstaqram, başqa sosial şəbəkələr var. Bu protformaları ucuzlaşdırmayın” deyə, etiraz edib. 

M.Xanlarova isə “TikTok-da evlənənin də, ərə gedənin də ağlı yoxdur. Onun axırı yoxdur. Heç kim xoşbəxt olmur. Normal adam tapmırıq, gedib sosial şəbəkədə axtarırıq?” sözlərini əlavə edib.

Zaue isə “Bu fikirlər başqaları ilə üst-üstə düşməyə bilər. Ağlı yoxdur kəskindir. İnsanlar belə böyük platformadan milyonlar qazanır. Bu dəqiqə Amerika ilə Çin söhbətlər aparır. Böyük bir maraq var. Azərbaycanda TikTok-u ucuzlaşdıranlarla bunu müqayisə etməyək” deyə, söyləyib. 

Check Also

Deputat Səyyad Aranın nəvəsinin lüks avtomobili – Chevrolet Camaro – Nömrəsi daha bahadır – FOTO

Milli Məclisin deputatı Səyyad Aranın 25 yaşlı nəvəsinin idarə etdiyi lüks avtomobil sosial şəbəkələrdə geniş …