Cümə , 22 Noyabr 2024
Drone Cameras

“Harada türk gəmisi, təyyarəsi gördünüz, vurun!” – Xəlifədən göstəriş

Liviya Milli Ordusu (LNA) paytaxt Tripoli yaxınlıqlarında strateji əhəmiyyətə malik qəsəbənin işğalı zamanı düşmənə dəstək verməkdə günahlandırdığı Türkiyə gəmilərini və təyyarələrini vuracağını açıqlayıb.
Turkustan.info xarici mətbuata istinadla xəbər verir ki, Liviya ordusunun mətbuat katibi Əhməd əl Mismari bildirib ki, son həftələr Tripolidə baş verən atışmalarda Liviya ərazisi qeyri-qanuni şəkildə Türkiyə ordusunun hücumuna məruz qalıb.
Mismari həmçinin Liviyadan Türkiyəyə ticari məqsədlə yola düşəcək bütün təyyarələrə mane olacaqlarını, Türkiyədən gələcək təyyarələri isə “düşmən” təyyarəsi kimi qəbul edəcəklərini bəyan edib. O eyni halın Liviya limanlarına yanaşan Türkiyə gəmilərinə də şamil edildiyini vurğulayıb.
Mismari sözlərinin davamında Liviya Milli Ordusuna, ölkənin quru və su ərazisində bütün türk gəmilərinin və strateji əhəmiyyətə malik qurumların hədəf alınmasını əmr etdiklərini bildirib. O, ölkədəki Türkiyə vətəndaşlarının da saxlanılacağını elan edib.
Xəlifə Həftərin liderlik etdiyi Liviya Milli Ordusu ölkənin cənubunu və şərqini nəzarətdə saxlayır. Türkiyə isə beynəlxalq arenada tanınan Tripoli hökumətinə dəstək verir.
Liviya Milli Ordusunun Tripolini işğal etmək cəhdləri isə boşa çıxıb. 

Check Also

Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına xəbərdarlıq edilib

Qərar “ATACAMS” raketlərinə icazədən sonra verilib Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarına təhlükə …