Bazar , 29 Sentyabr 2024
Drone Cameras

Hava kəskin dəyişəcək, qar yağacaq, şaxta olacaq – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında dekabrın 19-u axşamdan başlayaraq 21-i səhərədək hava şəraitinin qısa müddətə kəskin dəyişəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23- 28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dak güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətində verilən məlumata görə, dekabrın 20-də hava arabir yağıntılı olacaq.

Havanın temperaturu gecə və gündüz 2-5° isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 19-dan 20-nə keçən gecə şimal və qərb rayonlarından başlayaraq 21-i gündüzədək ölkə arazisində hava şəraitinin qısa müddətə kəskin dəyişəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.

Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.

Havanın temperaturu dağlıq və dağətəyi rayonlarda gecə 10-15° şaxta, gündüz 3-8° şaxta olacağı, aran rayonlarında isə gecə saatlarında 0 dərəcəyǝ yaxınlaşacağı gözlənilir.

Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq, duman olacaq.

Check Also

Şöbə müdiri: Azərbaycanda tullantıların idarə olunması ilə bağlı ciddi addımlar atılır

Azərbaycanda tullantıların idarə olunması ilə bağlı ciddi addımlar atılır. Boyukmillet.com xəbər verir ki, bunu Ekologiya …