Bazar , 11 Yanvar 2026
Drone Cameras

Havanın temperaturu 5-9 dərəcə aşağı düşəcək – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında aprelin 30-u axşamdan mayın 2-səhərədək şimal-qərb küləyinin 15-20 m/s arabir 23-25 m/s, 1-i səhər və gündüz yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Azərbaycanın rayonlarında aprelin 30-da gündüz şimal və qərb rayonlarından başlayaraq mayın 4-ü gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan-xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/s, mayın 1-də bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-9° aşağı düşəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimalı var.

Check Also

Bakıya qar yağacağı tarix açıqlandı

Qış mövsümünün bəzəyi olan qar yaxın günlərdə paytaxt Bakıya da üz tutacaq. Yanvarın 16-dan etibarən …