Cümə , 22 Noyabr 2024
Drone Cameras

Heç bilirsiniz müharibə vaxtı yoldaşım harada idi?

“Mənim həyat yoldaşım qadınlardan ibarət könüllü dəstə yaratdı. Onlar Sisianda təlim keçib sonra Goris səngərlərinə getdilər. Burada düzgün olmayan nə var? Normal görünmək üçün öncədən gözəllik salonunamı getməliydilər? Mən bu fikirləri ona görə deyirəm ki, müharibə dövründə sosial şəbəkələrdə insanlar “Eraton” ların dağınıq qıvrım saçlarını müzakirə edib təhqir edirdilər.

Böyükmillet.com xəbər verir ki, Paşinyan müsahibə zamanı bildirib ki, 17-19 oktyabr tarixlərində Gorisdə Anna Hakobyan “Erato” dəstəsinin təhlükəsizliyini təmin etmək üçün bir bunker qazdırıb.

O günlərdə sosial şəbəkələrdə yayılan “Erato” dəstəsinin üzvü Anna Hakobyanın “hərbi” şəkillərinə gəlincə, bunlar Anna Hakobyanın “bushlat” ilə örtülü olduğu Kornidzor-Xndzoresk hissəsindəki bir evin zirzəmisində çəkilib

“Həyat yoldaşım hədəfə alındığı zaman bir sual verilməyi unuduldu. Baden şəhəri raketlərlə vurulanda baş nazirin ailəsi qaçmadı. Anna xanım əhalinin 70 faizinin gizləndiyi bomba sığınacağında idi. Sosial şəbəkələrdə paylaşılan fotolarda Anna xanımın bu hərəkəti guya ki, hökümətin gücünün bir nümunəsi kimi təqdim edilirdi. Mən anlamıram, bomba sığınacağında sakinlərə çörək, su gətirməyin nəyi günahdır?” deyə Paşinyan bildirib.

Xatırladaq ki, 44 günlük Vətən müharibəsi ərəfəsində Nikol Paşinyan həyat yoldaşına hərbiçilərə mənəvi dəstək ifadə etmək üçün Qarabağa getməyi məsləhət bilmişdi. 

Check Also

Azər Qasımlımın ölkədən çıxışına qadağa qoyulub

O, Bakı Hava Limanından xaricə buraxılmayıb Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlının ölkədən çıxışına qadağa …