Cümə , 26 Aprel 2024
Drone Cameras

Mərmərə dənizi yeni təhlükə ilə qarşı­-qarşıyadır

Egey dənizindən çıxan kimyavi tullantılar, Mərmərə dənizini çirkab sularına bürüyə bilər.


Maraqlı.biz xəbər verir ki, qardaş ölkə Türkiyədə Mərmərə dənizi həftələrdir selikli sularla mübarizə aparır. Bununla belə Egey dənizindən gələn başqa bir təhlükə ilə qarşı-qarşıyadır.


Egey dənizinin çirklənməsində rol oynayan mənbələrdən biri olan Ergənə çayı, Meriç suyu ilə birləşərək Sarosdan dənizə tökülür. Bir çox kimyavi tullantıları olan Ergenə çayı üçün qurulan qurğular bütün tullantıları Mərmərə dənizindən bir neçə kilometr aralı boşaldır. Mütəxəsislərin fikrinə görə illərdir Egeyə ağır kimyavi çirklənmə yükləri daşıyan Ergenəni xilas etmək üçün həyata keşirilən “Dərin boşaltma layihəsi” qeyri kafidir.


Qeyd edək ki, bütün bunlar Mərmərə dənizi üçün də təhlükə yaradır. Sözü gedən kimyavi çirklənmənin asanlıqla təmizlənə bilməyəcəyini söyləyən mütəxəsislər gedişatın belə davam edəcəyi təqdirdə, Mərmərənin tam bir konaliziyasiya sisteminə çevriləcəyini söyləyirlər.


Ayna Fərhad.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …