Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Hesablama Palatası ilə ACCA arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Hesablama Palatası ilə İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA) arasında Anlaşma Memorandumu imzalanıb.

Boyukmillet.com bu barədə Hesablama Palatasına istinadən xəbər verir.

Tərəflər arasında imzalanan sənəd mühasibat və audit sahəsində əməkdaşlığın inkişafını, kadr potensialının gücləndirilməsini və beynəlxalq standartların tətbiqinin dəstəklənməsini nəzərdə tutur.

Sənəd əməkdaşlığın əsas istiqamətlərini müəyyən etməklə təlimlər və davamlı peşəkar inkişaf, dövlət auditorlarının sertifikatlaşdırılması üzrə dəstək, texniki nəşrlərə çıxış və digər birgə fəaliyyət sahələrini əhatə edir.

Check Also

Azərbaycanın qızıl satışından qazancı 51 faiz artıb

Dünyada qızılın qiymətinin kəskin bahalaşması fonunda Azərbaycanın qiymətli metalların ixracından əldə olunan gəlirləri 51 faiz …