“Heydər Əliyev İli” çərçivəsində Biləsuvarda ağacəkmə aksiyası keçirilib, abadlıq və təmizlik işləri aparılıb.
Boyukmillet.com xəbər verir ki, 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Prezident İlham Əliyevin imzaladığı Sərəncama uyğun olaraq Biləsuvar rayonunda da bu istiqamətdə silsilə tədbirlər həyata keçirilir.
Keçirilən tədbirlərin tərkib hissəsi olaraq Biləsuvar Rayon İcra Hakimiyyətinin və YAP Biləsuvar rayon təşkilatının birgə təşkilatçılığı ilə Mərkəzi Parkda növbəti ağacəkmə aksiyası keçirilib və Biləsuvar şəhər 2 saylı kitabxananın həyətində ağaclara qulluq, abadlıq və təmizlik işləri aparılıb.
Ağacəkmə aksiyasında Biləsuvar Rayon İcra Hakimiyyətinin, YAP Biləsuvar rayon təşkilatının rəsmiləri, partiya fəalları, Biləsuvar Regional Mədəniyyət İdarəsinin, Biləsuvar şəhər Kommunal Müəssisələr Kombinatının kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərkəzi Parkda aparılan ağacəkmə aksiyasında Ulu Öndərin əziz xatirəsinə simvolik olaraq 100 ədəd eldar şamı əkilərək suvarılıb.
Biləsuvar şəhər 2 saylı kitabxananın həyətində isə təmizlik işləri aparılaraq, ərazidəki yaşıl ötlar bilçilib, ağacların dibləri bellənərək suvarılıb.