Cümə axşamı , 26 Mart 2026
Drone Cameras

Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Litvada konsert keçirilib

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Azərbaycanın Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli və dirijor Fuad İbrahimovun iştirakı ilə Litva Filarmoniyasında konsert keçirilib.

Azərbaycanın Litvadakı səfirliyindən “Report”a verilən məlumata görə, konsertdən əvvəl Filarmoniyanın foyesində Anna İbrahimbəyovanın fotolarından ibarət fotosərgi təşkil olunub.

Konsert proqramında Üzeyir Hacıbəyovun, Qara Qarayevin və Fikrət Əmirovun bəstələri ilə yanaşı, cazın şahzadəsi, bəstəkar Vaqif Mustafazadənin də əsərlərinə yer verilib.

Check Also

AQC rəhbərliyi Latviya səfirliyində oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasının …