Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Hikmət Hacıyev: “Azərbaycan Prezidentinin İtaliyaya səfəri məhsuldar oldu”

“Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri rəsmi Bakı ilə Roma arasındakı dövlətlərarası münasibətlərdə xüsusi rol oynayır. Bu səfər ölkələrimiz arasında strateji əlaqələrin keyfiyyətcə yeni səviyyəsi ilə xarakterizə olunur”.

Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, səfər səmərəli olub: “Hər iki ölkə, strateji tərəfdaşlar olaraq, bütün sahələrdə əməkdaşlığın inkişafı üçün bir sıra sənədlər imzaladı. Azərbaycan və İtaliya liderlərinin strateji tərəfdaşlığın çoxvektorluluğunu səciyyələndirən və siyasət, iqtisadiyyat, mədəniyyət, humanitar əməkdaşlıq sahələrində əlaqələri möhkəmləndirən birgə bəyanatını qeyd etmək istəyirəm. Bu sənəddə Dağlıq Qarabağ münaqişəsinə, ərazi bütövlüyünə, suverenliyə dair mövqe də öz əksini tapıb, bu məsələdə Azərbaycanın dəstəklənməsinə dair bəndlər var. Sənədi faydalı, səmərəli və uğurlu hesab edirəm. Səfər zamanı əldə olunan razılaşmalar gələcəkdə ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərinin inkişafına təkan verəcək”.

Check Also

Tahir Budaqovun “qəza enişi” və MSK sədrliyi uğrunda gedən mübarizə… – NƏ BAŞ VERİR?

Hakim partiyada ikinci adam olan Tahir Budaqovun gözlənilmədən Dövlət Statistika Komitəsi sədrliyindən başçı səviyyəsinə endirilməsi …