Bazar , 23 Fevral 2025
Drone Cameras

Hikmət Hacıyev: Çətin vəziyyətə düşən ermənilər Kardaşyandan istifadə etdilər

“Çətin vəziyyətə düşən erməni lobbisi və Ermənistan Kim Kardaşyanın xidmətinə müraciət etməli oldu”.

Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən mətbuat konfransında deyib.

“Ermənistan çətin vəziyyətə düşəndə yenə mülki obyektləri hədəf almağa başladı. Xocalıda olduğu kimi yenə Azərbaycanın yaşayış obyektləri hədəfə alınırdı. Azərbaycan Ordusu Ermənistanın atəş məntəqələrini susdurub. Təəssüf ki, 76 yaşlı bir mülki şəxs həlak olub. Azərbaycan Silahlı Qüvvələrinin rəşadətli tədbirləri nəticəsində mülki əhaliyə vurulmaq istənilən zərbənin qarşısı alınıb. Prezident İlham Əliyevin sərəncamı ilə mülki əhaliyə, dövlət mülkiyyətinə dəymiş zərərin qiymətləndirilməsi aparılır. Ermənistanın bu hücumları beynəlxalq sənəd və razılaşmalara ziddir. Ermənistan törətdiyi bu əməllərə görə məsuliyyət daşımaqla bərabər, Ermənistanın hərbi-siyasi rəhbərliyi də beynəlxalq hüquqa görə cinayət məsuliyyəti daşıyır”.

Check Also

AQC-də yeni strukturlar yaradılıb və rəhbər vəzifələrə təyinatlar oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyəti və rəhbər şəxslərinin 2025-ci ildə ilk birgə toplantısı keçirilib.   Boyukmillet.com …