“Azərbaycan Prezidentinin sərəncamı ilə qismən səfərbərlik elan edilib”.
Boyukmillet.com-un məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, ölkəmizdə bir neçə müddət əvvəl hərbi toplanış həyata keçirilib: “Həmişə olduğu kimi, Ermənistan qorxaqlığını göstərərək mülki əhaliyə və obyektlərə atəş açır. Bu, Ermənistanın xislətini açıq şəkildə ortaya qoyur. Bu gün səhərdən də Tərtər rayonunu atəşə tutublar”.