Şənbə , 6 Dekabr 2025
Drone Cameras

Hikmət Hacıyev: Şuşanın təbiəti sakinlərin 30 illik ayrılıqdan sonra öz evlərinə qayıtmasına sevinir

Şuşanın təbiəti 30 illik ayrılıq və ağrı-acıdan sonra əsl sakinlərinin öz evlərinə qayıtmasına sevinir.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsində yazıb.

“Şuşa şəhərindən olan keçmiş məcburi köçkünlər üçün yeni salınmış yaşayış massivində sakit və xoşbəxt şənbə səhəri. Uşaqlar əylənir, qocalar nərd oynayır, mühəndislər tikintini davam etdirirlər. Quşlar civildəşir, arada yüngül yağış yağır. Sanki təbiət də 30 illik ayrılıqdan sonra əsl sakinlərinin öz evlərinə qayıtmasına sevinir”, – paylaşımda deyilir.

Check Also

27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl rayonu yeni inkişaf mərhələsində

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışımız Cəbrayıldan, Aprel döyüşlərindən sonra strateji yüksəkliklərin ordumuzun nəzarətinə keçməsi …