Cümə axşamı , 11 Dekabr 2025
Drone Cameras

Hindistan Azərbaycana döşəmə plitələrinin tədarükünü artırmaq niyyətindədir

Azərbaycan və Hindistan sahibkarları döşəmə plitələrinin tədarükü sahəsində əməkdaşlığın gücləndirilməsi yollarını müzakirə ediblər.

Boyukmillet.com xəbər verir ki, dörd şirkətdən ibarət Hindistanın işgüzar nümayəndə heyətinin və iri Azərbaycan şirkətlərinin, eləcə də AZPROMO da daxil olmaqla, biznesə dəstək təşkilatlarının 15-ə yaxın nümayəndəsinin iştirakı ilə Hindistan-Azərbaycan əməkdaşlığına dair B2B formatında görüş təşkil edilib.

Hindistanın Bakıdakı müvəqqəti işlər vəkili Vinay Kumar Hindistanın dünyada ikinci ən böyük döşəmə plitəsi istehsalçısı olduğunu bildirib.

Onun sözlərinə görə, Hindistan 125-dən çox ölkəyə döşəmə plitə ixrac etdiyini, Hindistanın keramika və porselen plitə məhsullarının Azərbaycan bazarında artıq tanındığını vurğulayıb.

Vinay Kumar deyib ki, 2022-ci ilin yanvar-iyul ayları üzrə statistikaya əsasən, Hindistan Azərbaycana ən çox döşəmə plitə ixrac edən üçüncü ölkə olub (Azərbaycanın ümumi döşəmə plitə idxalının 13,4 %-ni təşkil edib).

Müvəqqəti işlər vəkili bu sahədə əməkdaşlığın gücləndirilməsi üçün hələ də böyük potensialın olduğunu vurğulayıb.

Xatırladaq ki, 2022-ci ilin yanvar-avqust aylarında Azərbaycan ilə Hindistan arasında ticarət dövriyyəsinin həcmi 1,528 milyard ABŞ dolları təşkil edib.

Check Also

Azərbaycanda müxtəlif qoruyucu burunaltılıların ölkəyə idxal gömrük rüsumları dəyişib

Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici iqtisadi fəaliyyətin mal …