“Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəddə yerləşən Arazdayan kəndində yerləşən metallurgiya zavodunun tullantılarının atmosferə atılan yüksək konsentrasiyalı çirkləndirici maddələri sərhəd zonasının sakinlərinin sağlamlığı üçün təhlükə törədir”.
Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Hindistanın Qərbi Benqal əyalətinin hökumətinin Səhiyyə və Ailə Rifahı Departamentinin nümayəndəsi Hasim Abdul Halim deyib.
Onun fikrincə, tullantıların səbəb olduğu çirklənmə qocaların, uşaqların və tənəffüs yolları xəstəlikləri olan insanların sağlamlığına mənfi təsir göstərə bilər.
“Çirkləndirici maddələrə uzun müddət məruz qalma tənəffüs yollarında problemlərə, ürək-damar sistemi xəstəliklərinin və digər xəstəliklərin inkişafına səbəb ola bilər. Yerli sakinlərə təsiri minimuma endirmək üçün ətraf mühitə təsirlər hərtərəfli qiymətləndirilməli, hava və suyun keyfiyyətinə daim nəzarət edilməlidir”, – Halim vurğulayıb.