Bazar , 11 Yanvar 2026
Drone Cameras

Honq Konq polisi 330 kq-dan çox narkotik vasitəsini müsadirə edib

Çin Xalq Respublikasının Honq-Konq Xüsusi İnzibati Bölgəsinin (Syanqan) polisi meqapolisdə narkotik alverçilərinə qarşı mübarizə üzrə yeddi həftəlik genişmiqyaslı xüsusi əməliyyatı başa çatdırıb.

Boyukmillet.com-un xəbərinə görə, bu barədə “South China Morning Post” qəzeti polisdəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, əməliyyat zamanı 418 nəfər saxlanılıb, onların ən kiçiyinin 13 yaşı var.

Əməliyyat zamanı 338 kq müxtəlif növ narkotik vasitə götürülüb. Polis 13-73 yaş arası 328 kişi və 90 qadını, o cümlədən 11 azyaşlı və 6 qızı həbs edib.

“İstintaq göstərdi ki, bəzi alverçilər cüzi mükafat müqabilində gəncləri narkotik alverinə cəlb edərək məsuliyyəti onların üzərinə yıxmağa çalışırlar”, – hüquq-mühafizə orqanlarındakı mənbələr qeyd ediblər.

Polis əməkdaşları bu cür əməliyyatları davam etdirəcəklərini və Milad, Yeni il və Pasxa kimi uzun bayramlarda reydləri gücləndirəcəklərini bildirib. Honq-Konqda həmçinin narkotiklə bağlı insidentlər barədə məlumat vermək üçün “qaynar” xətt yaradılıb. Vətəndaşlar telefon və sosial şəbəkələr vasitəsilə polisə məlumat verə bilərlər.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …