Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Hulusi Akar Azərbaycan xalqına təşəkkür edib

“Sarıqamış şəhidlərinin xatirəsini andığımız bu mənalı gündə Nargin (Böyük Zirə – red.) adasında məskunlaşmağa məcbur olan mehmetçiklərimizə köməkliyi ilə “bir millət, iki dövlət” ifadəsinin bariz nümunəsini nümayiş etdirən qardaş Azərbaycan xalqını ehtiram və şükranla yad edirik”.

Boyukmillet.com xəbər verir ki, bunu ölkənin milli müdafiə naziri Hulusi Akar Sarıqamış şəhidlərini Anma Günü ilə bağlı bəyanatında bildirib.

Eyni zamanda, müdafiə naziri Türkiyənin başda Şimali Kipr Türk Respublikası (ŞKTR), Azərbaycan və Liviya olmaqla “dost, qardaş və müttəfiqlərinin haqlı davasına dəstəyini” davam etdirdiyini vurğulayıb.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …