Bazar , 11 Yanvar 2026
Drone Cameras

Hulusi Akar: “Ermənistanın mina xəritələrini Azərbaycana verməsi ilə bağlı təmaslar davam edir”

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana ziyarəti zamanı bölgədə atəşkəslə bağlı sabitliyin və əmin-amanlığın olmasına diqqəti çəkdi”.

Boyukmillet.com  xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar oktyabrın 28-də jurnalistlərə açıqlamasında bildirib.

Nazir jurnalistin “Ermənistan minaladığı ərazilərin xəritəsini vermir” sualına cavabında deyib: “Bunlarla bağlı təmaslar davam edir. Prezidentimiz Azərbaycana ziyarəti zamanı bölgədə atəşkəslə bağlı sabitliyin və əmin-amanlığın olmasına diqqəti çəkdi. Atəşkəsin davamlı olması, sabitliyin təmin edilməsi, insanların əmin-amanlıq və firavan yaşaması üçün hər kəsin bir masa arxasına əyləşməsi, müzakirədə iştirakı vacibdir. Biz Türkiyə dövləti olaraq bunun üçün nə etmək lazımdırsa, hər bir məsələdə olduğu kimi, danışıqlara açıq, çox konstruktiv, məntiqli təkliflər irəli sürürük”.

Check Also

Prezident: Çin və Orta Asiyadan gələn yüklərin Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik

“Çin və Orta Asiya ölkələrindən gələn yüklərin də Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik. Təbii …