Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Hulusi Akar: “Ukraynadakı müharibənin ən qısa vaxtda dayanması üçün səylərimizi davam etdiririk”

“Rusiya ilə Ukrayna arasında müharibənin ən qısa vaxtda dayanması üçün səylərimizi davam etdiririk”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Konyada keçirilən “Anadolu Qartalı-2023” beynəlxalq taktiki-uçuş təlimləri çərçivəsində baş tutan brifinqdə deyib.

Nazir iki ölkə arasında başlanan müharibənin ilk günündən Türkiyənin soyuqqanlı davrandığını və balanslı siyasət yürütdüyünü xatırladıb: “Heç bir tərəf tutmaqdan söhbət gedə bilməz. Bizim üçün vacib olan regiondakı sabitlikdir”.

H.Akarın sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müharibənin ilk günündən etibarən rusiyalı həmkarı Vladimir Putin və ukraynalı həmkarı Volodimir Zelenski ilə təmasları davam etdirir: “Biz Ukraynaya humanitar dəstəyi həyata keçiririk. Yenə öhdəmizə düşəni etməyə hazırıq. İnsanların təxliyəsi və əsir mübadiləsi üçün əlimizdən gələni etmişik”.

Türkiyənin vasitəçiliyi ilə “Taxıl sazişi”nin imzalandığını xatırladan nazir bu razılaşmanın müddətinin uzadılmasını istədiklərini söyləyib. O həmçinin bildirib ki, indiyədək Rusiya və Ukrayna limanlarından 30 milyon tondan çox taxıl dünya ölkələrinə ixrac olunub.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …