SDQ, PYD, PKK eyni təşkilatdır
Boyukmillet.com Hurriyyet.org-a istinadən xəbər verir ki, Baş Qərargah rəisi Hulusi Akar ABŞ-ın paytaxtı Vaşinqtonda 73 ölkənin baş qərargah rəisləri ilə yanaşı, NATO və Avropa İttifaqı nümayəndələrinin də iştirak elədikləri, terrorla mübarizə konfransında çıxış edərək, amerikalılara və digər iştirakçılara üz tutub, PKK-nın müxtəlif adlardan istifadə edərək Türkiyənin cənubunda bir terror dəhlizi açmaq istədiyini, ancaq Türkiyənin buna imkan verməyəcəyini deyib.
Türkiyənin Baş Qərargah rəsisi general Hulusi Akar bu il ikinci dəfə keçirilən “Zorakılıq tərəfdarı olan radikal təşkilatlarla mübarizə üzrə baş qərargah rəislərinin konfrans”ında iştirak eləmək üçün Vaşinqtona yollanıb.
“Anadolu Ajansı” bildirir ki, general Akar həm konfransda, həm də ikitərəfli görüşləri zamanı PKK/YD-nin Suriyanın şimalındakı fəaliyyətindən və Türkyənin bununla bağlı mövqeyindən və təkliflərindən bəhs edib.
PKK terror təşkilatının lideri Abdullah Öcalanın posterinin rakka meydanından asılması ilə bağlı Türkiyənin narahatlığını bildirən general PKK-nın SDQ, PYD kimi müxtəlif adlar altında fəaliyət göstərdiyini deyib.