Bazar , 19 Yanvar 2025
Drone Cameras

Hulusi Akar yardıma getmiş azərbaycanlı həkimləri ziyarət edib: “Kədərdə də, sevincdə də birlikdəyik”

Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar və Baş qərargah rəisi Yaşar Gülər Kahramanmaraşdakı səhra xəstəxanasında azərbaycanlı hərbçilərlə görüşüb.

Boyukmillet.com Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Akar zəlzələnin təsirlərinin aradan qaldırılması üçün Türkiyəyə gedən hərbi həkimlər və tibb bacılarına təşəkkür edib:

“Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsində necə tək yumruq, tək ürək olduqsa, indi də fərqli mübarizəni eyni formada davam etdiririk. Biz kədərdə də, sevincdə də birlikdəyik. Sağ olun, var olun. Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı”, – nazir hərbçilərlə görüşdə bildirib.

Check Also

Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası ilə əlaqədar istiqamətlər müəyyənləşib

Görüş Şahin Mustafayev və Mher Qriqoryanın sədrliyi ilə reallaşıb Yanvarın 16-da Azərbaycanla Ermənistan arasında dövlət …