Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Hulusi Akar: “Zəngəzur dəhlizinin açılması hər birimizin xeyrinə olacaq”

“Zəngəzur dəhlizinin açılması hər birimizin xeyrinə olacaq”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Qarsda keçirilən “Qış təlimi-2023”ün bağlanış mərasimində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu, regionda sülh və sabitliyə əlavə töhfə verər: “Qış təlimi-2023” uğurla başa çatdı. Bu təlim Türkiyə ordusunun səviyyəsini göstərir. Təlimlərin belə bir şəraitdə uğurla keçirilməsindən qürur duyuram. Bu, Türkiyə ordusunun hər bir şəraitdə döyüşə necə hazır olduğunu göstərdi. Təlimə qatılan dost və qardaş ölkələri də təbrik edirəm”.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …