Cümə axşamı , 17 Aprel 2025
Drone Cameras

Hünərin varsa evləri sökülənlərin səsinə səs ver

Nigar Fərhad adlı aparıcının efirdə atasız qızlar barədə dediyi sözlər sosial şəbəkələrdə müzakirələrə səbəb olub, əksəriyyət bunu çox pis qarşılayıb.

Qalmaqal ilə bağlı Mir Şahin Ağayev facebook hesabında status yazaraq Nigar Fərhadın müdafiəsinə qalxıb.

Bəri başdan deyim ki, mən heç vaxt onun səmimiyyətinə inanmamışam. Əgər o səmimi olsaydı, əziyyət çəkən, haqları tapdalanan qazilərimizin, şəhid ailələrinin müdafiəsinə qalxardı.

Daha dodaqlarını şişirtmiş,
verilişlərində qonaqlarını təhqir edən, xalqın problemlərinə laqeyd olan birisini müdafiə etməzdi. Görəsən Mir Şahin hansı hacının sifarişi ilə cəmiyyət tərəfindən qınanan aparıcı qadına dayaq durur?

Cəmiyyətdə yüz faiz antipatik jurnalist kimi ad çıxarmış Mir Şahinin müdafiəçii qiyməti nə qədərdir? Axsaq atın kor nalbəndi olar deyiblər.

Mir Şahin ixtiyarında böyük bir telekanal ola-ola hamını xaricdəki blogerlərə cavab verməməkdə qınayır. Bu adam hamının adından necə danışa bilər? Sən özün onlara qarşı nə etmisən?

Bir-iki reportajdan başqa tutarlı bir tənqidin, araşdırman olubmu? Gedib o blogerlərin qaldıqları ölkədə onlar haqqında nəsə axtarıb çəkmisənmi?

Heç kimə fərq qoymadan hamıya dırnaqiçi ziyalı adı qoymaqla sən də elə müdafiə etdiyinlə eyni sırada olduğunu sübut etdin.

Yaxşı olar ki, rəhbəri olduğun Real TV-də şəhid ailələrini, qaziləri incidənləri ifşa edəsən. Cəsarətin varsa, qiymət artımına səbəb olan inhisarçılardan danış.

Hünərin varsa, evləri sökülənlərin səsinə səs ver. Səmimiydinsə, Audiovizual Şuranın qərarından əvvəl fikrini bildirərdin. Üslubun bir az köhnəlib, hərdən qəlibdən çıx.

Sima Babayeva

Check Also

Rusiyada yoxa çıxan etnik tədqiqatçının DTX təcridxanasında saxlanıldığı bildirilir

Rusiya vətəndaşı olan tarixçi martın 26-da Yekaterinburq şəhərindəki evindən çıxıb və onunla əlaqə kəsilib Rusiyada …