Cümə , 27 Mart 2026
Drone Cameras

İan Borq: Bakı ilə İrəvan arasında sülh prosesi ATƏT üçün prioritetdir

Bakı ilə İrəvan arasında sülh prosesi ATƏT üçün prioritet məsələdir.

Boyukmillet.com xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici, Avropa işləri və ticarət naziri İan Borq Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

“Biz sərhədlərin delimitasiyası prosesinin başlanılmasını alqışlayırıq”, – o vurğulayıb.

Onun sözlərinə görə, açıq qalan məsələləri həll etmək üçün diplomatiya və danışıqlar prinsiplərinə riayət etmək lazımdır:

“Biz ATƏT olaraq sülh prosesinin irəliləməsinə yönəlmiş bütün praqmatik həlləri alqışlayırıq”.

Check Also

AQC rəhbərliyi Latviya səfirliyində oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasının …