Bazar , 23 Fevral 2025
Drone Cameras

İBADƏT SƏMƏD YAZIR: Türk tərəfindən

Adımızı eşidib, çoxdur vahiməyə düşənlər,
Biz ki ölümə meydan oxuyan seçilmişlərik.
Bizi bölücü adlandırar ağasına diz çökənlər,
Əqidəmizdə şaşmarıq, ölümə gülərik.

Biz fərd yetişdirərik “Sərbəst insanlar ölkəsində”
Dik dur, izin vermə tariximizi silsinlər.
Millətimizin istiqbalını qoruyarıq ictimai-siyasi məzhəbimizdə,
“Hər şey Türk üçün, Türkə görə, Türk tərəfindən!”

Savalandan Tanrı dağına uzanan yolumuz var əlbət,
Şaman Tenqriyə duasını qürurla edər,
Türkçünün alın təri axar qələmindən,
“Hər şey Türk üçün, Türkə görə, Türk tərəfindən!”

İbadət Səməd

Check Also

BAHAR NƏNƏ VƏ ZÜLFÜ BABANIN SEVGİ DASTANI

Qarlı-şaxtalı günümüzdə Bakıda 95 yaşlı Bahar nənə ilə 98 yaşlı Zülfüqar babanın ailə qurmasının 75-ci …