Boyukmillet.com xəbər verir ki, İstanbulda Türk Ədəbiyatı Birliyində Xocalı faciəsinin 27-ci il dönümü ilə baglı könferans keçirildi. Tədbirdə Türkiyə Cümhurbaşqanı Rəcəp Tayyib Ərdoganın baş danışmanı Yalçın Topçu və Türk Dünyasının qəhrəmanı İbad Hüseynli fəxri qonaq olaraq dəvət edildi. Tədbirdə Türk Ədəbiyyat Birliyinin rəhbəri Serhat Kabaklının açılış çıxışından sonra Azərbaycanın Türkiyədəki könüllü səfiri İmdat Avşar və Cümhurbaşqanı baş danışmanı Yalçın Topçu geniş çıxış etdilər.Türk Dünyasının qəhrəmanı İbad Hüseynlinin savaş yolunu , Qarabag məsələsini anlatdılar.
Qəhrəman İbad Hüseynli isə Qarabag müharibəsinin başlandıgı ilk illərindən bu günə qədər yaşadıgı mübarizədən danışdı.
Sonda Türk Ədəbiyyatı Birliyi tərəfindən qəhrəmana “Cəsarət və Şərəf ” medalı təqdim edildi.Medalı qəhrəmana Cümhurbaşqanı baş danışmanı Yalçın Topçu təqdim etdi.