Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

İbrahim Tatlısəsin erməni sevgisi qalmaqal yaratdı – VİDEO

Türkiyə şou biznesinin “imperator”u, məşhur müğənni İbrahim Tatlısəs “instagram” hesabından yeni video paylaşıb.

Boyukmillet.com xəbər verir ki,  “Tatlısəs Kabab” adı ilə Türkiyənin bir çox yerində restoranları olan “imperator”un videosu tənqid atəşinə tuş gəlib. Buna səbəb isə videonun fonundakı musiqidir. Belə ki, həmin mahnı erməni dilində səsləndirilib. Halbuki, bu, Azərbaycananın məşhur “Evlərinin önü yonca” musiqisidir.

Sözügedən əsərin tarixinə nəzər salsaq, görərik ki, bu musiqinin tarixi məhz ölkəmizlə bağlıdır. Belə ki, bu musiqi 1958-ci ildə İraqdan Azərbaycana gələn Sinan Səid və azərbaycanlı Nərminə Məmmədovaya məxsusdur.

Əslən İraq türkməni olan Sinan Səid 1958-ci ildə İraqın paytaxtı Bağdad şəhərindən Bakıya radio aparıcısı kimi dəvət edilir. Və bir müddətdən sonra o, burada azərbaycanlı Nərminə Məmmədova ilə tanış olur. Məşhur Qiyasbəylilər nəsilindən olan Nərminə Məmmədovanın əsl adı Fəridə idi.

Onlar bir müddətdən sonra birlikdə bir neçə musiqiləri ifa edirlər ki, bunlardan biri də məşhur “Evlərinin önü yonca” əsəri olub. Ermənilər isə hər zamankı ənənələrinə sadiq qalaraq, bu dəfə də, Azərbaycanın qədim musiqilərindən birinə sahiblənmək istəyirlər.

Bütün bunlar bir kənara, İbrahim Tatlısəsin bu əsərin məhz erməni dilində səsləndirilən versiyasının öz videosunda əks olunmuş görüntülərini paylaşması haqlı olaraq azərbaycanlı izləyicilər tərəfindən tənqid edilib.

Tatlısəs bir müddət sonra videonu silməli olub.

(Turkustan.info)

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir