Şənbə , 23 Noyabr 2024
Drone Cameras

ICAN: ABŞ Avrasiyanın beş ölkəsində 150-yə yaxın nüvə başlığı yerləşdirib

“ABŞ Avrasiyanın beş ölkəsində 150-yə yaxın nüvə başlığı yerləşdirib”.

Boyukmillet.com  xəbər verir ki, bu barədə Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniyanın (ICAN) siyasət və tədqiqat koordinatoru Alisiya Sanders-Zakre bazar ertəsi Cenevrədə keçirdiyi brifinqdə bildirib.

“Rəsmi təsdiq və ya təkzib olmasa da, biz bilirik ki, nüvə silahı Avropa və Asiyanın beş ölkəsində – Almaniya, Belçika, Niderland, İtaliya və Türkiyədə yerləşdirilib”-deyə, o bildirib.

ICAN proqram koordinatoru Syuzi Snayder isə xatırladıb ki, 2009-cu ildə Almaniyada keçirilən seçkilərdən sonra koalisiya sazişində Amerika silahlarının ölkədən çıxarılması səyləri barədə bənd yer alıb.

Həmin vaxt Almaniya Xarici İşlər Nazirliyinə rəhbərlik edən Qido Vestervelle həmkarları və müttəfiqləri tərəfindən “danışılmamalı olan şeylər haqqında yüksək səslə danışdığına görə” kəskin tənqid edilib. Eynilə, 2011-ci ildə Niderlandın keçmiş baş naziri Ruud Lyubbers hökumət tərəfindən Amerika silahları ilə bağlı “sirri yaydığına görə dövlətə xəyanətdə” ittiham edilib.

Bununla bağlı ICAN proqramının koordinatoru brifinqdə deyib: “Ancaq bu, sirr deyil. Hamımız bilirik ki, orada silah var. Bu, göz qabağındadır”.

Bununla bağlı Snayder nüvə arsenalları sahəsində şəffaflığın təmin edilməsi məsələsini “ciddi problem” adlandırıb.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …