Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

İcazəsiz ov edən şəxslər saxlanıldı

Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Xızı, Qusar və Xaçmaz rayonları ərazisində icazəsiz ov edən şəxslər saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, araşdırma zamanı ov edənlərin Sumqayıt şəhər sakinləri Şahin Qədimov, Rüstəm Məmmədəliyev, Bakı şəhər sakini Teymur Əliyev, Xaçmaz rayon sakinləri Cavid Babaəliyev, Azər Quliyev, Murad Səfərov və Qusar rayon sakini Sədi Orduxanov olduğu müəyyən edilib.

Faktlarla bağlı təqsirkarlar barəsində protokol tərtib olunub və hər biri 1000 manat məbləğində cərimələnib.

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …