Cümə , 22 Noyabr 2024
Drone Cameras

İcma: “Aİ-ni Azərbaycana qarşı ədalətsiz və ittihamedici ritorikadan çəkinməyə çağırırıq”

Qərbi Azərbaycan İcması bir daha Aİ tərəfinə Azərbaycana qarşı ədalətsiz və ittihamedici ritorikadan imtina etməyə çağırış edir.

Boyukmillet.com-un xəbərinə görə, bu barədə İcmanın yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borelin Azərbaycana qarşı böhtan dolu açıqlamaları davam edir:

“Bu açıqlamalar ilə Avropa İttifaqı Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesində bitərəf mövqe nümayiş etdirmədiyini bir daha sübut edir. Otuz ilə yaxın müddət ərzində Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması faktını bir dəfə də olsun dilinə gətirməyən bir qurumun nümayəndəsinin Azərbaycana qarşı davamlı olaraq qərəzli mövqedən çıxış etməsi təəssüf doğurur”.

Qeyd olunub ki, belə bir şəraitdə Aİ-nin Azərbaycan ilə Ermənistan arasında sülh prosesində vasitəçilik missiyası üçün heç bir şans qalmır:

“Vasitəçi kimi prosesə töhfə vermək istədiyini bəyan edən beynəlxalq təşkilatın nümayəndəsinin tərəflərdən birinə qarşı hədələyici tonda bəyanat verməsi “vasitəçilik” prinsipinin mahiyyəti ilə bir araya sığmır və qəbul edilə bilməz. Qərbi Azərbaycan İcması bir daha Aİ tərəfinə Azərbaycana qarşı ədalətsiz və ittihamedici ritorikadan imtina etməyə çağırış edir”.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …