Cümə , 22 Noyabr 2024
Drone Cameras

İCTİMAİ QINAQ OLMADIQCA…

Xəzər rayonu 156 nömrəli məktəbdə baş verənlər cəmiyyətin bir fərdi olaraq düşünməyə vadar edir…İctimai qınaq olmadıqca belə məsələlərlə hələ çox rastlaşacağıq.

Boyukmillet.com xəbər verir ki Bu sözləri YeniZamantv.az-a  Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri, Daxili İşlər Nazirliyi , Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuraların üzvü Mətanət Əsgərqızı deyib:

Hər gün bir olay. Adamın qanı donur. Cəmiyyət niyə bu günə qaldı???Bütün böyük cinayətlər kiçik xuliqanlıq və tərbiyəsizlikdən başlayır. Ailənin başı evdəki qayğılara, məktəbin başı uşaq hazırlıqlarına, cəmiyyət isə susqun qalaraq “nəyimə gərək” dərdindədir. Bir gün əhmədlər, xuliqanlıq edən qızlar özümüzün qarşımıza çıxacaq. Hərənin qarşısına bir cür: birinin özünün, övladının , digərinin nəvəsinin. Onda nə edəcəksiz, yenə etinasızlıq edib “nəyimə gərək” deyəcəksiz? İctimai qınağın axı yerini 90 faiz hallarda “nəyimə gərək” tutur. Hara gedirik? Niyə özümüzü, gələcəyimizi sevmirik? Susuruq ki, birdən filan məmurun xoşu gəlməz? Gəlməsin, onlar gəldi-gedərdir…”Nəyimə gərək” demədiyimizə görə bir az əziyyət çəkərik . Amma özümüz o hallara düşmərik ki, alnımıza yazı yazılsın, başımıza yumurta çırpılsın. Çünki qaniçən bəzi məmurlar elə bu sıralardan çıxırlar. Bu yaşlarda travmalı olanlar, bir gün vəzifəyə təyin olunurlar. Yaşadıqları travmaları məhz insanlardan çıxırlar…

“Nəyimə gərək” demədiyimizdən əvəzində həm də yaltaq, riyakar olmadığımıza görə gecə başımızı yasdığa qoyanda rahat yatarıq. Axı öz çıxarları üçün “nəyimə gərək” deyənlər inanmıram ki, rahat həyat sürələr. O məziyyətlərinə görə çox olmasa da üç-beş adam yanında başı aşağı gəzərlər. O, üç- beş adam axı minlərdən daha ləyaqətlidirlər, çünki İctimai qınağa həvəslidirlər,”nəyimə gərək” demirlər!!!

Check Also

NAXÇIVAN DÖVLƏT BÜDCƏSİNİN TALANMASININ YOLLARINDAN BİRİ…

Mövcud qaydalara görə Azərbaycan Dövlət Tibb Universitetinin,Naxçıvan Dövlət Universiteti Tibb fakultəsinin məzunları həkim mütəxəssis kimi …