Cümə axşamı , 19 İyun 2025
Drone Cameras

İddia olunan dələduzluq faktı ilə bağlı şikayət daxil olub – “Yuxarıların” adı hallanır

Avtomobil alqı-satqısı ilə bağlı qalmaqallı iddia gündəmə gəlib. Şikayətçi Kərəmli Ruzi Ağababa oğlu “Sosialmedia.az”-a müraciət edərək Rəhimova Mehbarə İlham qızının (bəzi sənədlərdə Rəhimova İlhamə İlham qızı kimi göstərilir) onu aldadaraq dələduzluq əməlinə yol verdiyini iddia edib.
Şikayətçinin sözlərinə görə, 25 fevral 2025-ci il tarixində Rəhimova Mehbarə ona məxsus “Mercedes Benz 350” markalı minik avtomobilini 10 min manat qarşılığında satıb. Müqavilə əsasında notarial etibarnamə də təqdim olunub. Lakin təxminən iki ay sonra, Rəhimova Mehbarə həmin etibarnaməni birtərəfli qaydada ləğv edərək avtomobili axtarışa verib və iddia edib ki, nəqliyyat vasitəsi onun xəbəri olmadan qaçırılıb.
Ruzi Kərəmli isə bu iddiaları təkzib edir və bildirir ki, avtomobilin satışı qarşılıqlı razılaşma əsasında həyata keçirilib, ödəniş tam və şəffaf şəkildə edilib. Onun sözlərinə görə, nə etibarnamə bərpa olunur, nə də ödənilmiş pul geri qaytarılır. Şikayətçi əlavə olaraq qeyd edir ki, qarşı tərəf əlavə vəsait tələb etməklə onu təhdid edir.
Şikayətçi həmiçinin iddia edir ki, Rəhimova Mehbarə özünü “Yuxarıların” adamı kimi təqdim edərək bu ad altında nüfuz formalaşdırmağa və təsir göstərməyə çalışır.
Qeyd edək ki, şikayətçi notarial etibarnamənin surətini də saytımıza təqdim edib.
Sosialmedia.az olaraq məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə çalışsaq da, müraciətlərimiz cavabsız qalıb.
Mövzuya münasibət bildirmək və cavab haqqından istifadə etmək üçün Rəhimova Mehbarəyə yenidən açıq dəvət ünvanlayırıq.

Check Also

Milli Məclis Azərbaycanda kazinoların fəaliyyətinə icazə verməyə hazırlaşır

Kazino oyunlarının təşkili üçün lisenziya almaq istəyənlər 340 000 manat dövlət rüsumu ödəməlidirlər Milli Məclis …