Cümə , 5 Dekabr 2025
Drone Cameras

İğdırda Qarabağ Zəfərinin 5 illiyi qeyd olunub

İğdır Azərbaycan Evi, İğdır Valiliyi və Azərbaycanın Qars şəhərindəki Baş Konsulluğunun birgə təşkilatçılığı ilə Qarabağ Zəfərinin 5 illiyi münasibətilə İğdır Mədəniyyət Mərkəzində tədbir keçirilib.

Bu barədə  Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və iki qardaş ölkənin Dövlət himnləri səsləndirilib.

Sonra Qarabağ Zəfərinə həsr olunan film nümayiş göstərilib.

Tədbirdə İğdır Azərbaycan Evinin sədri Ziya Zakir Acar, İğdır Universitetinin rektoru, professor Ekrem Gürel, Azərbaycanın Qars şəhərindəki Baş konsulu Zamin Əliyev və İğdır valisinin müavini Ahmet Gülçiçek çıxış ediblər.

Çıxışlarda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, ordunun peşəkarlığı, xalqın birliyi sayəsində qazanılan Qarabağ Zəfərinin Azərbaycan və Türkiyə qardaşlığının və ədalətin təntənəsi olduğu diqqətə çatdırılıb. İğdırda Qarabağ Zəfərinin 5 illiyinin böyük qürur və sevinc hissi ilə qeyd edildiyi bildirilib. “Qarabağ Azərbaycandır!” ifadəsinin bir həqiqətin və bir millətin iradəsinin təcəssümü olduğu vurğulanıb.

Tədbir bədii hissə ilə davam edib.

Check Also

2026-cı ilin bayram günləri – Baş nazir QƏRAR VERDİ

Azərbaycanda 2026-cı ilin bayram günləri müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş nazir Əli …