Cümə , 27 Fevral 2026
Drone Cameras

İH başçısının müavini: Azərbaycan dünyada artıq bir idman ölkəsi kimi tanınıb

“Azərbaycanda artıq dünya miqyaslı idman tədbirləri keçirilir. Ölkəmiz Birinci Avropa Oyunları, “Formula-1″ yarışları və IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edib. Bu idman tədbirləri ən yüksək səviyyədə keçirilib”.

Bunu Trend-ə Kürdəmir rayon İcra Hakimiyyəti başçısının müavini, qurumun İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəsilə Əsgərli deyib.

V.Əsgərli bildirib ki, Azərbaycan dünyada artıq bir idman ölkəsi kimi tanınıb:

“Butun bu işlərin həyata keçirilməsində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın çox böyük xidmətləri olub”.

Onun sözlərinə görə, idman yarışları nəinki paytaxtda, regionlarda da keçirilir:

“Kürdəmir Olimpiya İdman Kompleksində artıq 7 ildir ki, gimnastika qrupu fəaliyyət göstərir və bu müddət ərzində onların çox böyük uğurları, qalibiyyətləri olmuşdur”.

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir